06 Dekabr 2022, 12:38
DÇ-2026
Xorvatiya millisinin qapıçısı Dominik Livakoviç dünya çempionatlarının tarixinə düşüb. Matc.az xəbər verir ki, 27 yaşlı qolkiper buna Qətərdə keçirilən mundialın 1/8 finalında Yaponiya ilə oyunda nail olub.

Livakoviç əsas və əlavə vaxtı 1:1 hesabı ilə yekunlaşan qarşılaşmanın penaltilər seriyasında üç zərbəni dəf edib. O, turnirlər ərzində ilk iki penaltini qaytaran yeganə qapıçıdır.
Xorvatiyalı oyunçudan başqa həmyerlisi Daniel Subaşiç və portuqaliyalı Rikardu da penaltilər seriyasında üç qurtarışla yadda qalıblar.
Rikardu 2006-cı ildə Portuqaliyanın İngiltərəni (əsas vaxt 0:0) penaltilərlə 3:1 məğlub etdiyi oyunda 3 penalti qaytarıb. Subaşiç isə 2018-ci ildə Danimarka ilə oyunda (əsas vaxt 1:1, penaltilər 3:2) oxşar uğura imza atmışdı.
Xatırladaq ki, Livakoviç Azərbaycan millisinin üzvü Mahir Emreli ilə birgə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda forma geyinir.