Azərbaycanlı beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov qadın komandalar arasında çempionlar Liqasının qrup mərhələsinin oyununa təyinat alıb. Matc.az xəbər verir ki, o, C qrupunda ilk turun "Vakıfbank" (Türkiyə) – "Srvena Zvezda" (Serbiya) matçında iş başında olacaq.
 
Oyun dekabrın 7-də İstanbulda baş tutacaq. Zülfüqarova Aleksandros Milonakis (Yunanıstan) kömək edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest