Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində baş tutacaq Argentina - Xorvatiya matçını hansı hakimin idarə edəcəyi müəyyənləşib.

Qətərdə təşkil olunmuş futbol üzrə dünya çempionatının yarımfinal mərhələsi çərçivəsində baş tutacaq Argentina - Xorvatiya matçını hansı hakimin idarə edəcəyi müəyyənləşib. Matc.az xəbər verir ki, FİFA bu matçı İtaliyadan olan Daniele Orsatoya həvalə edib.
 
Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb. Orsatoya həmyerliləri çiro Karbone və Alessandro Calyatini yan xətt hakimi kimi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Birləşmiş Ərəb Əmirliklerindən olsn Məhəmməd Abdulla yerinə yetirəcək.
 
Argentina - Xorvatiya matçı avqustun 13-də "Lusail" stadionunda keçiriləcək. Bu oyunun qalibi mundialın finalında Fransa - Mərakeş cütünün güclüsü ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest