"Niyə defibrilator yox idi? Bu, bir-birimizə verdiyimiz sual idi, çünki həkimlərin Qrantı özünə gətirmək üçün bütün cəhdləri nəticə vermədi"

Jurnalist Coş Qlansi Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Argentina – Niderland matçı zamanı ölən həmkarı Qrant Vahl haqda danışıb. Matc.az xarici KİV-ə istinadən xəbər verir ki, qarşılaşmanın əlavə vaxtında huşunu itirən Vahl xəstəxanaya aparılıb və orada dünyasını dəyişib. Hadisə çoşun gözü qarşısında baş verib. O, həmkarının ölüm səbəbini defibrilatorun olmaması ilə əlaqələndirib:
 
"Niyə defibrilator yox idi? Bu, bir-birimizə verdiyimiz sual idi, çünki həkimlərin Qrantı özünə gətirmək üçün bütün cəhdləri nəticə vermədi.
 
Yataq otaqları, dəbdəbəli VIP otaqları olan ən müasir, milyard dollarlıq stadionda defibrilator əl altında deyildi. Biz defibrilatorun gətiriləcəyini çox gözlədik, amma tapılmadı".
 
Qrant Vahlın qardaşı onun səhhətində problem olmadığını bildirib. O, Qətərdə təhdidlər alan qardaşının təbii ölümünə inanmadığını deyib.
 
Jurnalist ABŞ – Uels oyunundan əvvəl üzərində göy qurşağı rənglərində bayraq olan köynək geyindiyi üçün uzun müddət stadiona daxil ola bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest