Milli komandaların iştirakı ilə yoldaşlıq oyunları keçirilib. Matç.az saytı xəbər verir ki, son dünya çempionatının gümüş mükafatçısı Xorvatiya İordaniya ilə qarşılaşıb.

Avropalılar bu görüşdə çətin qələbə qazanıb – 2:1. Avstraliya isə Küveyti məğlub edib. Amma bu qarşılaşmada darmadağın qeydə alınıb. "Yaşıl qitə" təmsilçiləri 4 cavabsız qola sevinib.

Günün yeganə heç-heçəsi Asiya təmsilçilərinin duelinə təsadüf edib. Səudiyyə Ərəbistanı və İraq yığmaları hərəyə 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest