"Neftçi" heyətinə qatmağa hazırlaşdığı Höccət Haqverdi üçün "Sumqayıt" klubuna təxminən 100 min dollar civarında transfer haqqı ödəyəcək. Matc.az xəbər verir ki, oyunçunun maaşı isə aylıq 20 min dollar olacaq.

Höccət Haqverdi baş məşqçi Laurentsiu Regekampfın yerli oyunçu kimi bəyəndiyi futbolçulardandır. Azərbaycan milli komandasının da üzvü olan oyunçu hazırda icarə əsasında çıxış etdiyi "Traktor"da daha çox maaş alırdı.
 
Xatırladaq ki, Höccətin "Neftçi" ilə 1.5+1 illik müqavilə imzalaması gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest