"İcazə verin, deyim. Ola bilsin ki, Joze Mourinyo Braziliya millisinin yeni baş məşqçisi olsun". Matc.az xəbər verir ki, bunu braziliyalı futbol veteranı Karlos Alberto deyib.  

2004-cü ildə "Portu"da Mourinyonun rəhbərliyi altında oynayan Alberto bildirib ki,  portuqaliyalı hətta onu da işə dəvət edib: "Bu xəbəri açıq şəkildə sizinlə paylaşıram. Mourinyo məndən məşqçilər korpusuna daxil olmağımı istədi".

Mourinyo məşqçi karyerası ərzində heç vaxt milli komandalarla işləməyib. Klub səviyyəsində isə Portuqaliyanın "Portu" və "Benfika", İngiltərənin "çelsi", "Mançester Yunayted" və "Tottenhem", İtaliyanın "İnter" və "Roma", İspaniyanın "Real" klubunda çalışıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest