"Beveren"in futbolçusu Lukas Ribeyro Kosta karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az saytının Belçika mətbuatına istinadən məlumatına görə, braziliyalı yarımmüdafiəçi "Qarabağ"ın maraq dairəsindədi.
25 yaşlı hücumameyilli oyunçu ötən ilin yayında "Şarlerua"dan "Beveren"ə transfer olunub. Cari mövsüm 5 qol, 5 assistlə yadda qalan Kostanı hazırkı klubu saxlamaq niyyətindədi. Lakin Kosta II liqada qalmaqda maraqlı deyil.
"Qarabağ"la yanaşı, Rusiyanın iki təmsilçisi də "sambaçı"nı heyətinə cəlb etmək variantını nəzərdən keçirir. Buna baxmayaraq, Azərbaycan çempionu bu transferə daha yaxın hesab edilir.
Lukasın "Beveren"lə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində Belçika təmsilçisi "Gent"lə qarşılaşacaq.