"Atletiko"nun baş məşqçisi Dieqo Simeone 2022/2023 mövsümünün sonunda Madrid təmsilçisini tərk edəcək. Matc.az İspaniya mediasına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis artıq bu barədə komandanın baş direktoru Migel Anhel Gil Marinə məlumat verib.

Simeone 2011-ci ildən "Atletiko"nu çalışdırır. Klub mütəxəssisin rəhbərliyi altında İspaniya çempionatının (mövsüm 2013/2014, 2020/2021), kubokun (mövsüm 2012/2013) və İspaniya Superkubokunun (2014), UEFA Avropa Liqasının (2011/2012, 2017/2018 mövsümü) və UEFA Super Kubokunun qalibi olub. "Atletiko" bu mövsüm 16 matçda 27 xal toplayıb və turnir cədvəlində 5-ci yerdədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest