"Düşünürəm ki, çox şey Messinin nə istədiyindən asılı olacaq". Matc.az saytının xəbərinə görə, bunu Argentina yığmasının baş məşqçisi Lionel Skaloni deyib. 
 
Messinin Dç-2026-da mümkün çıxışından danışan çalışdırıcı bildirib ki, millinin qapısı onun üzünə həmişə açıq olacaq: "Əgər özünü yaxşı hiss etsə, onu komandada görməyə şad olarıq".
 
Xatırladaq ki, Argentina Qətərdə keçirilmiş dünya çempionatının qalib olub. Finalda Argentina Fransanı penaltilər seriyasında məğlub edib. 35 yaşlı Messi oyundan sonrakı seriyada dubl edib və penaltini dəqiq yerinə yetirib. Hücumçu turnirin ən yaxşı oyunçusu kimi tanınıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest