Braziliya millisinin sabiq müdafiəçisi Joao Miranda karyerasını bitirib. Matc.az saytı xəbər verir ki, 39 yaşlı futbolçu özü sosial şəbəkə vasitəsilə azarkeşlərlə vidalaşıb.

"Atletiko" və "İnter" kimi klublardakı çıxışı ilə tanınan Miranda bu sözləri yazıb: "Ayrılmaq vaxtı gəldi. Məni alqışlayan və mənə dəstək olan hər kəsə xüsusi təşəkkür edirəm. çox sağ ol, futbol!".

Qeyd edək ki, "San Paulo" ilə üçqat Braziliya çempionu olan Joao Miranda "Atletiko"nun heyətində İspaniya çempionluğunu, ölkə kubokunu, Superkubokunu, Avropa Liqasını, UEFA Superkubokunu qazanıb, çempionlar Liqasının finalında iştirak edib. O, 2009-2019-cu illərdə formasını geyindiyi Braziliya millisində 58 matçda 3 qol vurub və Amerika Kubokunun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest