"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Liqa Kubokunda "Sautqempton"a 0:2 hesabı ilə uduzduqları oyundan danışıb. Matc.az xəbər verir ki, ispaniyalı çalışdırıcı daha güclü komandanın qələbə qazandığını bildirib.   

"Daha güclü komanda qalib gəldi. Əvvəldən zəif oynadıq. çox oyun var ki, yaxşı başlayırsınız, amma sonda rəqib sevinir. Oynamağa hazır olmayanda gecikirsən və qol vura bilmirsən. Hazır olanda isə qol vurursan. Bizim üçün pis gecə idi, rəqib daha yaxşı oynayıb qələbə qazandı və ona görə də təbrik etməliyik" – deyə, Qvardiola vurğulayıb.

Qeyd edək ki, "Mançester Siti" "Sauthempton"la oyunda qapıya bir zərbə belə vura bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest