"Barselona" rəhbərliyinin 2021-ci ilin sonlarında, Xosep Mariya Bartomeunun prezidenti olduğu dönəmdə onlayn yazışmalarının surəti internetdə yayılıb. Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin İdarə Heyətinin üzvlərinin həmin söhbət zamanı komandanın aparıcı futbolçularını təhqir etdiyi müəyyənləşib.

Söhbət Lionel Messi, Jerar Pike və Serxio Busketsdən gedir. Onları ağır sözlərlə təhqir edənin isə klubun həmin dövrdəki İdarə Heyətinin üzvlərindən olan Qomes Pontinin olduğu üzə çıxıb. O, İdarə Heyətinin digər üzvləri ilə onlayn söhbət zamanı bunları yazıb:

"Bartomeu, o zibilxana siçovuluna qarşı yaxşı olmaq lazım deyil. Klub ona hər şeyi verdi, amma o, indi bizə kimi alacağımızı, kiminlə müqavilə imzalayacağımızı deyir, biz onun üçün sponsorlar axtarmalıyıq. Niyə onunla müqavilə yeniləyərkən, Suares və Albanın da müqavilələrini yeniləməliyik? Yaxud biz niyə Fatinin müqavilə yeniləmə haqqını qardaşı Rodriqo Messiyə ödəməliyik? Narkotik alverçisinin ortağı olub, bizi dəfələrlə şantaj edib, mehribanlığımızdan sui-istifadə edib. Həyatını "Barselona"ya borclu olan bu hormonal cırtdana görə klubumuz əziyyət çəkir! Pandemiya başlayanda o, bizə bir mesaj göndərdi: "Başqalarının maaşını azaldın, amma mənə və Luisə toxunmayın". ümid edirəm ki, bu, bizim başımıza gələ biləcək ən pis şeydir".

Xatırladaq ki, məhz keçmiş rəhbərliyin dövründə pisləşən münasibətlərin ardından Lionel Messi 2021-ci ilin avqustunda Fransanın PSJ klubuna keçmişdi. Pike bu yaxınlarda karyerasını ümumiyyətlə başa vurdusa, Buskets hələ də Kataloniya təmsilçisinin uğurları üçün çalışır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest