İngiltərə Premyer Liqasının VII turundan təxirə salınmış "Fulhem" - "çelsi" oyunu keçirilib. Matc.az xəbər verir ki, görüşün 58-ci dəqiqəsində qonaq komandanın heyətində debüt edən Joao Feliks birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. O, rəqibin ayağına düz ayaqla getdiyi üçün meydandan qovulub. 

"çelsi" Feliksi bir gün əvvəl Madird "Atletiko"sundan icarəyə götürüb. Portuqaliyalı son 8 ildə  İngiltərə Premyer Liqasında debüt matçında qırmızı vərəqə alan ilk futbolçu olub.

Belə ki, 2014-cü il oktyabrın 18-də müdafiəçi Federiko Facio "Mançester Siti" ilə görüşdə "Tottenhem"in heyətində keçirdiyi ilk görüşdə qırmızı vərəqə aldı.

Xatırladaq ki, "çelsi" "Fulhem"ə 1:2 hesabı ilə uduzub.

Matc.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest