"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent" bir futbolçusunu satıb. Matc.az xəbər verir ki, bu barədə Belçika klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Bildirilib ki, müdafiəçi Andreas Xançe-Olsen "Mayns"a keçib. Norveç yığmasının üzvü Almaniya klubu ilə 3,5 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, "Qarabağ"la "Gent" arasında oyunlar 16-da və 23-də keçiriləcək. İlk görüş Bakıda olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest