"Liverpul"un baş məşqçisi Yurgen Klopp postunu tərk etmək fikrində deyil. Matc.az Britaniya mediasına istinadən xəbər verir ki, zəif mövsüm keçirməsinə baxmayaq, hələ də rəhbərliyin dəstəyini alır. 
Komanda 18 turdan sonra topladığı 28 xalla turnir cədvəlində 9-cu yerdədir. Almaniyalı mütəxəssisin klubla müqaviləsi 2026-cı ilə qədər nəzərdə tutulub.
Bu arada Klopp "Liverpul"un niyə yeni transferlər etmədiyini açıqlayıb. Onun sözlərinə görə, əgər bunun həll yolları mövcud və mümkün olsaydı, o zaman heyətdə yeni futbolçular olardı.
 
TURAN
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest