"Mançester Siti" klubunun hücumçusu Erlinq Haaland əsas hədəflərini açıqlayıb. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, futbolçu əsas məqsədinin çempionlar Liqasını qazanmaq olduğunu bildirib.

"Mançester Siti" üçün əsas oyunçu olmaq və kuboklar qazanmaq üçün əlimdən gələni edəcəyəm. Burada məqsədim çempionlar Liqasını qazanmaqdır. Norveç təxminən 5,5 milyon əhalisi olan çox kiçik bir ölkədir. Amma dünya çempionatı zamanı kiçik ölkələrin komandalarının necə fantastik işlər gördüyünü görmək olar. ümid edirik ki, 2026-cı ildə keçiriləcək dünya çempionatına vəsiqə qazanacağıq. Milli komanda ilə əsas məqsədim nə vaxtsa dünya çempionatında oynamaqdır" – deyə, Halland vurğulayıb.

Qeyd edək ki, norveçli futbolçu İngiltərə Premyer Liqasının bombardirləri siyahısına başçılıq edir - 21 qol. O, ən yaxın izləyicisi olan "Tottenhem"in hücumçusu Harri Keyni 6 qol fərqi ilə qabaqlayır.

XƏYAL

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest