"Onun "Mançester Yunayted"dən qovulacağını hiss etmişdim". Matc.az "Mirror"a istinadən xəbər verir ki, bunu Niderland yığmasının sabiq baş məşqçisi Lui Van Qalın xanımı Truus Van Qal deyib.

O, həyat yoldaşının "Mançester Yunayted" komandasından qovulması haqda danışıb.

"Stadionda klubun əfsanələri Aleks Ferqyusson və Bobbi çarltonla görüşdüyümüz kiçik otaq var idi. Onlar bir gün bizimlə salamlaşmağı dayandırdılar, sadəcə uzaqdan əl yellədilər. Bu, qadın intuisiyasıdır. Hiss etdim ki, nəsə var" – deyə, Truus Van Qal bildirib.

Xanım FA Kubokunun finalından sonra Lui ilə aralarında olan söhbətə toxunub: "Dedim ki, Lui səni işdən çıxarıblar. O, çox əsəbiləşdi. "Niyə bayramımı korlayırsan? Bu cəfəngiyyatı danışmağı dayandırın!" dedi. Sonradan mənə zəng edib dedi ki, düz bilirsən. Onun səsi isterik idi, evə gələndə gördüm ki, ağlayır. Onu qucaqladım. Mənim də gözlərimdə yaş var idi".

XƏYAL

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest