Futbol üzrə İngiltərə kubokunun 1/32 final mərhələsi çərçivəsində keçirilmiş "Vulverhempton" – "Liverpul" görüşündə kuryoz hadisə yaşanıb. Matc.az xəbər verir ki, oyunun gedişi zamanı stadionun işıqlandırma sistemində problem yaranıb.
Belə ki, qarşılamanın startından dərhal sonra irəli atılan meydan sahiblərinin heyətində Adama Traore sağ cinahla irəliləyib, cərimə meydançasına ötürmə vermək istədiyi anda stadionun işıqları sönüb və dərhal da yanıb. Lakin işıqlar yanarkən top artıq meydanı tərk etdiyi üçün "Vulverhempton"un hücumu nəticəsiz qalıb. Futbolçular və azarkeşlər isə bu hadisəni təəccüblə qarşılayıblar.
Xatırladaq ki, "Liverpul" bu oyunda 1:0 hesabı ilə qalib gələrək 1/16 finala vəsiqə qazanıb.
XƏYAL
The lights went out just before Adama Traoré whipped in this cross against Liverpool.
— ESPN FC (@ESPNFC) January 17, 2023
The magic of the FA Cup 😅 pic.twitter.com/KV6tSzTHei