FIFA Qətərdə keçirilən dünya çempionatının final oyunundakı azarkeş sayının son 28 ilin rekordu olduğunu açıqlayıb. Matc.az xəbər verir ki, "Lusail" stadionunda Argentina ilə Fransa arasında baş tutan həlledici qarşılaşmanı 88 min 966 tamaşaçı tribunadan izləyib.
 
Ali futbol qurumu bunun Dç-1994-dən bəri ən yüksək göstərici olduğunu yayıb. ABŞ-da təşkil olunan Dç-1994-ün Braziliya və İtaliya yığmaları arasındakı final görüşündə 94 min 194 azarkeş olub.
 
ümumiyyətlə, turnir zamanı "Lusail"dəki matçların hamısı 1994-cü ildəki mundialdan bəri ən yüksək azarkeş kütləsi toplayıb.
 
Qeyd edək ki, 3:3 hesabı ilə başa çatan Dç-2022-nin final oyununda Argentina Fransanı penaltilər seriyasında üstələyib.
 
TURAN

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest