21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün Norveçlə qarşılaşacaq. Matç.az saytı xəbər verir ki, bu qarşılaşma rəqiblər arasında 6-cı duel olacaq.

İki ölkənin U-21 komandaları AVRO-2013 və AVRO-2015-də də eyni qrupda yer almışdı. İlk seçmə mərhələdə hər iki matç skandinaviyalıların xeyrinə başa çatıb.

Sonrakı iki görüşdə isə hər iki komanda səfərdə qələbə qazanıb. AVRO-2019-un ötən ay Bakıda keçirilən matçı da qonaqların qələbəsi ilə başa çatıb.

Bir sözlə, keçirilən 5 oyunda heç-heçə qeydə alınmayıb. Norveçin 4, millimizin 1 qələbə qazandığı duellərdə top fərqi də şimallıların xeyrinədi – 8:4.

06.10.2011. Azərbaycan – Norveç – 0:2

01.06.2012. Norveç – Azərbaycan – 1:0

10.10.2013. Norveç – Azərbaycan – 1:3

01.06.2014. Azərbaycan – Norveç – 0:1

11.09.2018. Azərbaycan – Norveç – 1:3

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest