26 Yanvar 2023, 11:05
FUTBOL
"Mançester Siti" mövsümün sonunda beş əsas futbolçusunu itirəcək. Matc.az "El Chiringuito"ya istinadən xəbər verir ki, yay "transfer pəncərəsi" zamanı İlkay Gündoğan başqa komandaya keçəcək. Almaniyalı futbolçunun klubla müqaviləsi başa çatır. "Siti" ona yeni müqavilə təklif etsə də, İlkayın "Barselona"ya gedəcəyi gözlənilir.
Bundan başqa, Bernardo Silva, Kayl Uoker, Joao Kanselo və Aymerik Laport da komandasını dəyişəcək. Silva ilə bir müddət əvvəl "Barselona", Madrid "Real"ı və PSJ maraqlanırdı və bu səbəbdən "Siti"nin yeni müqavilə təkliflərini rədd edir.
Qeyd edək ki, "Mançester Siti" İngiltərə Premyer Liqasında 20 oyundan sonra 45 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
XƏYAL