"Nyukasl" kubunun futbolçusu Joelinton cərimələnib. Matc.az "Sky Sports"a istinadən xəbər verir ki, hücumçu sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 12 ay sürücülük hüququndan məhrum edilib.
Braziliyalı məhkəmə qarşısına çıxıb və sərxoş vəziyyətdə avtomobil idarə etdiyini boynuna alıb. Məhkəmənin hökmünə əsasən, o, 29 min funt sterlinq cərimə ödəməli olacaq.
 
Hadisə yanvarın 12-də gecə saatlarında baş verib.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest