"Barselona" gənc futbolçusu Anxel Alarkonla yeni müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bunu klub rəsmi saytı vasitəsilə açıqlayıb.
 
Kataloniya klubu 18 yaşlı vingeri ilə sözləşmə müddətini 2025-ci ilin yayınadək uzadıb. Anlaşmaya salınan bəndə görə, ispaniyalı oyunçunun sərbəst qalma məbləği 400 milyon avrodu.
 
Qeyd edək ki, Anxel Alarkon "Barselona"nın akademiyasına 2018-ci ildə "Espanyol"dan cəlb olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest