Bu oyundan 4 gün əvvəl isə Belçika AVRO-2024-ün seçmə mərhələsindəki ilk qarşlaşmasında İsveçin qonağı olacaq. Həmin gün Azərbaycan millisi səfərdə Avstriya ilə üz-üzə gələcək.

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsindəki rəqibi Belçika yığması yoldaşlıq görüşü keçirəcək. Matc.az xəbər verir ki, adıçəkilən komanda martda Almaniyanın qonağı olacaq.
 
Milli assosiasiyalar arasındakı razılığa görə, qarşılaşma martın 28-də Kölndə baş tutacaq. Bununla komandalar 12 ildən sonra üz-üzə gələcək. Axırıncı dəfə 2011-ci ildə AVRO-2012-nin seçmə mərhələ görüşündə almanlar 3:1 hesablı qələbə qazanıb.
 
Bu oyundan 4 gün əvvəl isə Belçika AVRO-2024-ün seçmə mərhələsindəki ilk qarşlaşmasında İsveçin qonağı olacaq. Həmin gün Azərbaycan millisi səfərdə Avstriya ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, Azərbaycanla Belçika arasında oyunlar sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə olacaq.

XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest