"Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatı zamanı Kremlə səfəri zamanı çay qaşığı oğurlayıb. Matc.az xəbər verir ki, bu barədə Londonun  "Arsenal" klubunun keçmiş futbolçusu Aleks Skott "Necə (yox) güclü olmaq" kitabında yazıb: "FIFA əfsanələri proqramı çərçivəsində mən və Rio dünya çempionatını müzakirə etmək üçün Kremlə dəvət olunduq. Biz Kremldən ayrılanda Ferdinand məni güldürdü - o, əlini açıb mənə xatirə olaraq saxlamaq üçün oğurladığı çay qaşığını göstərdi".
 
Ferdinand "qırmızı şeytanlar"ın heyətində keçirdiyi 312 oyunda 7 qol vurub. O, İngiltərə yığmasında 81 oyuna çıxıb və bu müddət ərzində üç dəfə fərqlənib. 
 
TURAN
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest