Voleybol Mərkəzində təşkil olunan turun ikinci matçında isə UNEC komandası "Abşeron"la üz-üzə gəlib. Bu qarşılaşmada isə qalib 3 hissədə müəyyən olunub. Famil Ağayevin komandası 3 xalı rəqibini 3:0 hesabı ilə məğlub etməklə əldə edib.

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci dövrənin ilk turunun oyunları baş tutub. Matc.az xəbər verir ki, 4-cü tura "Murov" - "Azərreyl" matçı ilə start verilib.

Qarşılaşmanın qalibi tay-brekdə müəyyən olunub. Birinci hissədə 25:22 hesabı ilə qalib gələn "Murov" növbəti 2 setdə 15:25, 15:25 hesabı ilə məğlub olub. Dördüncü hissəni Vüqar Əliyevin komandası 32:30 hesabı ilə qalib gələrək ümumi hesabı bərabərləşdirib - 2:2. Həlledici setdə 15:13 hesabı ilə qalib gələn "Azərreyl" görüşün yekun hesabını müəyyənləşdirib - 3:2.

Voleybol Mərkəzində təşkil olunan turun ikinci matçında isə UNEC komandası "Abşeron"la üz-üzə gəlib. Bu qarşılaşmada isə qalib 3 hissədə müəyyən olunub. Famil Ağayevin komandası 3 xalı rəqibini 3:0 hesabı ilə məğlub etməklə əldə edib.

İkinci dövrənin ilk turundan sonra "Azərreyl" 11 xalla turnir cədvəlində liderliyini davam etdirir. 7 xalla "Murov" ikinci, 6 xalla "Abşeron" üçüncü yerdə qərarlaşıb. Sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

Yüksək Liqa
4-cü tur
30 yanvar

Murov - Azərreyl 2:3 (25:22,15:25, 15:25, 32:30, 13:15)
UNEC - Abşeron 0:3 (13:25, 13:25, 11:25)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest