31 Yanvar 2023, 15:48
FUTBOL
1966-1979-cu illər aralığında fasiləsiz 442 qarşılaşmada iştirak edən "Bavariya"nın əfsanəvi futbolçusu Zepp Mayer dünya rekorduna malikdi.
Avropanın "böyük beşlik" ölkələrində fasiləsiz ən çox oyun keçirən futbolçuların adları açıqlanıb. Matc.az xəbər verir ki, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) "Top-5" liqalarda ardıcıl ən çox meydana çıxan ilk 3 oyunçunu dərc edib.
1966-1979-cu illər aralığında fasiləsiz 442 qarşılaşmada iştirak edən "Bavariya"nın əfsanəvi futbolçusu Zepp Mayer dünya rekorduna malikdi.
Almaniya
1. Zepp Mayer (1966-1979: "Bavariya") – 442 oyun
2. Haynts Simmet (1970-1977: "Köln") - 259
3. Manfred Bins (1987-1994: "Ayntraxt") – 246
İngiltərə
1. Fil Nil (1976-1983: "Liverpul") - 365
2. Bred Fridel (2004-2012: "Blekbörn", "Aston Villa", "Tottenhem") - 310
3. Tim Hovard (2007-2013: "Everton") – 210
İtaliya
1. Dino Zoff (1972-1983: "Napoli", "Yuventus") - 332
2. Franko Tankredi (1980-1989: "Roma") - 258
3. Alfredo Foni (1935-1943: "Yuventus") – 229
Fransa
1. Fabyen Kul (1998-2006: "Oser") - 306
2. Dominik Baratelli (1970-1977: "Ayaçço", "Nitsa") - 273
3. Dominik Baratelli (1978-1984: "Nitsa", PSJ) – 236
İspaniya
1. İnyaki Uilyams (2016-2023: "Atletik") - 251
2. Con Andoni Larranyaqa (1987-1992: "Real Sosyedad) - 202
3. Luis Migel Arkonada ("Real Sosyedad": 1978-1983) - 188