Bu gün səhərə yaxın Türkiyənin cənub-şərqində baş verən zəlzələ Adana şəhərində də ciddi fəsadlar törədib. Matc.az xəbər verir ki, Azərbaycan Voleybol Federasiyası bu dəhşətli hadisədən sonra Adananın "çukurova Adana Dəmirspor" klubunda çıxış edən milli komandamızın oyunçusu Olena Xarçenko ilə əlaqə saxlayıb, voleybolçumuzun vəziyyəti ilə maraqlanıb.
 
Olena hadisə zamanı heç bir xəsarət almayıb. Baş verənlərdən sarsılan blokçumuz hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:
 
"Zəlzələ səhərə yaxın təxminən saat 04:17 radələrində baş verdi, biz yuxudan oyandıq. Divarlar çox pis silkələnirdi, yerimizdə durmaqda çətinlik çəkirdik. Zəlzələ uzun müddət davam etdi, çox qorxduq. Anamla yaxınlıqda yerləşən parka getdik və bir müddət orada gözlədik. Sonra evə qayıdıb bəzi əşyalarımızı götürüb zala yollandıq. Həmin vaxt yenidən zəlzələ oldu, çox qorxulu idi. Hazırda isə zaldayıq. Mən və komanda yoldaşlarım yaxşıyıq. Lakin çoxlu itkilər var. Hələ də dağıntılar altında qalanlar var. Allah köməkləri olsun və tezliklə sağ-salamat dağıntılar altından çıxarılsınlar. ölənlərə də Allah rəhmət eləsin".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest