"Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin "Dinamo" (Minsk, Belarus) ilə oyunundan sonra baş tutan mətbuat konfransında iştirak edib.
Matc.az xəbr verir ki, təcrübəli mütəxəssis nəticənin sbəbkarı kimi özünü göstərib.
"Məğlubiyyətə görə mən günahkaram. Komandamız 15-20 dəqiqə tam üstünlüklə oynadı və iki qol vurdu. Sonra meydanda səhvlər oldu. Emil Balayev birinci hissədə zədələndi, amma oynamağa davam etdi. Buna baxmayaraq qapısında qol gördü. Fasiləyə də üstün yollandıq. Həmin vaxt ab-hava yüksək səviyyədə idi. Bütün qolları səhvlərə görə buraxdıq".
O, bir neçə qol epizodundan yararlana bilmədiklərini söyləyib:
"Sən qol vura bilməyəndə rəqib fərqlənir. Bu qarşılaşmanı təhlil etməli və nəticə çıxartmalıyıq. Futbolçular haqqında danışmaq istəmirəm. Bu, düzgün yanaşma olmaz".
Baş məşqçi istefa vermək barədə düşünmədiyini sözlərinə əlavə edib:
"Cavab görüşünə hazırlaşacağıq. Səfərdə qələbə qazana bilərik. Məşqçiyə işləmək üçün imkan yaratmaq lazımdır. Tez-tez mütəxəssis dəyişmək yaxşı nəticələrə gətirib çıxarmır. Futbolda məğlubiyyət də var. Belə hallar olur".
Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.













