"Bakıya qələbə üçün gəlmişdik".
"Dinamo" (Minsk, Belarus) "Neftçi" ilə cavab oyununda səhvləri aradan qaldırmağa çalışacaq.
Matc.az xəbə verir ki, bu barədə Minsk kollekivinin baş məşqçisi Aleksandr Şaqoyko mətbuat konfransında deyib.
Mütəxəssis "Neftçi"yə 4:2 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:
"Bu cür əla komandaya qalib gəlmək xoşdur. Qələbəyə görə şadıq. Amma optimist olmalıyıq. Cavab matçından əvvəl üstünlüyümüz var. Amma o qədər də böyük deyil. Rəqib ikinci oyun üçün nəyisə dəyişəcək. Biz özümüz də səhvlərimizi aradan qaldırmağa çalışacağıq. Cavab matçını gözləyəcəyik".
O, ilk dəqiqələrdə iki qol buraxdıqları üçün təəccüblənib:
"Bakıya qələbə üçün gəlmişdik. Qalib gəldiyimiz üçün xoşbəxtik. Hansı kollektivlə üz-üzə gəldiyimizi bilirik. Bu gün hər şey plan üzrə getdi".
Xatırladaq ki, cavab oyunu iyulun 30-da keçiriləcək. Cütün qalibi növbəti raundda "Jelezniçar" (Serbiya) - "Braqa" (Portuqaliya) duelinin güclüsü ilə görüşəcək.













