22 İyul 2026, 21:32
FUTBOL
"Kəpəz" portuqaliyalı hücumçu Azuma Abubakarı heyətinə qatıb.
"Kəpəz" portuqaliyalı hücumçu Azuma Abubakarı heyətinə qatıb. 29 yaşlı forvard bundan sonra "sarı-göylər"in formasını geyinəcək.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, yeni transfer ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Təcrübəli ön xətt oyunçusunun son klubu Avstriya "Lustenau"su olub.
Qeyd edək ki, Azuma Abubakar karyerası ərzində Portuqaliyanın U-19 milli komandasının da formasını geyinib.













