"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Gent"in futbolçusu Alessio Kastro-Montes Belçika çempionatında "Vesterlo" ilə səfər oyunu barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi "Qarabağ"la qarşılaşma öncəsi qələbənin onlar üçün vacib olduğunu söyləyib:
 
"Turnir cədvəlində mümkün qədər irəliləməliyik. Növbəti xal itkisindən qətiyyən söhbət gedə bilməz. Bakı səfəri öncəsi çempionatda "Vesterlo"nu məğlub etməliyik ki, avrokubok matçına qalib əhval-ruhiyyədə yollanaq".
 
Qeyd edək ki, "Qarabağ"la "Gent" arasında ilk oyun fevralın 16-da Bakıda, cavab görüşü isə ayın 23-də Gentdə keçiriləcək.
 
XƏYAL

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest