"Qarabağ"ın hücumçusu Musa Qurbanlı Azərbaycan çempionatları tarixində yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, gənc forvard buna Premyer Liqanın 22-ci turunda "Sabah"la oyunda nail olub.
 
21 yaşlı oyunçu 1:1 hesabı ilə başa çatan qarşılaşmada fərqlənərək, cari mövsümdəki qollarının sayını 16-ya çatdırıb. Qurbanlı bir mövsümdə ən çox qol vuran 21 yaşadək futbolçu adına yiyələnib.
 
Ona qədər rekord 1998-99 mövsümündə "Dinamo"nun heyətində 15 dəfə fərqlənən Fərrux İsmayılova məxsus olub. 2005-06 mövsümündə isə "Şahdağ"ın nigeriyalı oyunçusu Əhməd Ticani 15 qola imza atıb.
 
"Sabah"la oyun həm də Musa Qurbanlının "Qarabağ"da yubiley qolu ilə əlamətdar olub. Millimizin forvardı Premyer Liqada 25-ci dəfə qol sevinci yaşayıb.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest