AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığmasının yarımmüdafiəçisi Nikolas Zayvald komandasının şansları barədə danışıb. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu hədəflərinin qrup səddini aşmaq olduğunu deyib.
 
Gənc orta sahə oyunçusu startın bu baxımdan vacib olduğunu düşünür:
 
"Martdakı oyunlar yol göstəriciləri sayılır. Estoniya və Azərbaycanla matçı yaxşı keçirsək, seçmə mərhələnin əsasını qoymuş olarıq. Hamımız Almaniyada baş tutacaq Avropa çempionatında iştirak etmək istəyirik. Yığmada ilk istəyim budu. Uzunmüddətli məqsədlərimdən biri isə dünya çempionatına qatılmaqdı".
 
Qeyd edək ki, millimiz seçmə mərhələdəki ilk oyununda Avstriyanın qonağı olacaq. Martın 24-dəki görüş Lins şəhərində yerləşən "Rayffeysen Arena"da baş tutacaq.
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest