"Son altı ildə etdiklərinə layiqdirlər. Necə oynadılar, necə vuruşdular, çətinliklərə necə qalib gəldilər..." Matc.az xəbər verir ki, bunu "Arsenal"ın baş məşqçisi Mikel Arteta deyib. 
 
London təmsilçisi bu gün Premyer Liqanın XXII turundan "Mançester Siti" ilə təxirə salınmış oyununu keçirəcək. Artetanın fikrincə, komandasının məqsədi 3 xal qazanmaqdır: "Mən orada işləyəndə Qvardiola, bütün məşqçilər korpusu, futbolçularla birlikdə olmaq şəxsi və peşəkar səviyyədə inanılmaz təcrübə idi. Hər hansı digər təcrübə kimi, bu, məni daha yaxşı məşqçi etdi. Bu təcrübəmdən öz karyeram üçün istifadə edirəm. Bizim üçün problem bu səviyyəyə çatmaqdır. Bu, bizim irəlilədiyimiz səviyyədir".
 
"Heç Qvardiolanı məğlub etməmisənmi" sualına gəlincə, Arteta bildirib ki, onun üçün hansısa məşqçini yox, növbəti rəqibi məğlub etməkdir: "Bu dəfə rəqib "Mançester Sitidir".
 
XƏYAL
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest