16 Fevral 2023, 08:47
FUTBOL
Argentinalı Lionel Messinin PSJ-dən ayrıldıqdan sonra ABŞ-da oynaya bilər. Matc.az Fransanın "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, futbolçu ilə "İnter Mayami" maraqlanır.
Messinin Paris klubu ilə hazırkı müqaviləsi iyunun 30-da başa çatır. Futbolçunun müqaviləni daha bir mövsüm uzatmaq imkanı var. Amma PSJ klubun maliyyə feyr-pley qaydalarına əməl etməsi üçün Messinin maaşının azaldılmasını gözləyir. Messinin bu variantla razılaşmadığı və yayda komandanı dəyişmək niyyətində olduğu iddia edilir.
XƏYAL