UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan "Liverpul" – "Real" görüşü qonaqların 5:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Matc.az xəbər verir ki, bu möhtəşəm oyundan sonra baş məşqçilər və futbolçular öz fikirlərini bölüşüblər:
Karlo Ançelotti ("Real"ın baş məşqçisi): "Belə qələbə qazanmaq asan deyil. Xüsusilə, matçın bizim üçün necə başladığını nəzərə alsaq. Biz heç vaxt inamımızı itirmədik və yavaş-yavaş topa nəzarəti ələ keçirdik. Vinisius Junior bu gecə inanılmaz bir performans göstərdi".
Yurgen Klopp ("Liverpul"un baş məşqçisi): "Başlanğıc əla idi. Bir sözlə, bu, biz idik. Mükəmməl idi, tam olaraq belə oynamaq istəyirdik. Amma bunun davam gətirmək daha vacib idi".
Tibo Kurtua ("Real"ın qapıçısı): "Biz heç vaxt məğlub olmuruq, həmişə reaksiya veririk. Vurduğumuz ilk iki sürətli qol bizə bunu etməyə kömək etdi. Biz sakit idik və yüksəlişdə olanda yaxşı oynayırıq".
Cordan Henderson ("Liverpul"un kapitanı): "Belə oyundan sonra danışmaq çətindir. İlk hissənin böyük hissəsində yaxşı çıxış etdik. Amma sonradan çoxlu səhvlər etdik. "Real" bizi hər səhvə görə cəzalandırdı".
Antonio Rudiger ("Real"ın müdafiəçisi): "Mən heç vaxt futbolda belə bir gecə yaşamamışam".
TURAN