21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi antirekorda imza ata bilər. Matç.az saytı xəbər verir ki, AVRO-2019-un seçmə mərhələsində son oyununa çıxacaq yığmamız tsikli qələbəsiz bitirməyə yaxındı.
Bu mütləq antirekordun yaşanmaması üçün Rəşad Sadıqovun yetirmələri Norveç yığmasına qalib gəlməlidi. Səfərdə qrupun 2-ci komandası ilə görüşdə bunu gerçəkləşdirmək çətin olsa da, zəruridi.
Əgər bu vəzifənin öhdəsindən gəlmək mümkün olmasa, millimiz 5-ci dəfə seçmə mərhələni qələbəsiz tamamlayacaq. Yığmamız əvvəllər də qələbəyə həsrət qalıb.
Bu uğursuzluqlar ardıcıl qeydə alınıb. AVRO-2004, AVRO-2006 və AVRO-2009-un seçmə qrup mərhələsinin qələbəsiz tamamlayan milli AVRO-2007 ilə ilkin mərhələdəki iki məğlubuyyyətlə vidalaşıb. Sonrakı 4 seçmə mərhələdə heç olmasa bir qələbəsi olan yığmamız 10 ildən sonra yenidən antirekordla üz-üzədi.
Qeyd edək ki, Norveç – Azərbaycan oyunu saat 20:15-də başlayacaq.