Yaponiya çempionatında maraqlı hadisə baş verib. Matc.az saytının məlumatına görə, III turun "Sapporo" - "Şimizu" görüşündə meydan sahiblərinin hücumçusu Anderson Lopes xoşagəlməz hadisə ilə üzləşib.

49-cu dəqiqədə özünün ikinci, komandasının üçüncü qolunu vuran braziliyalı forvard bunun sevincini yaşamaq üçün azarkeşlərə tərəf qaçmaq istəyib. Lakin reklam bannerlərinin üzərindən tullanan oyunçu quyuya düşüb. Dərhal komanda yoldaşları və həkimlər kömək üçün pilləkənlə onun yanına eniblər. Xoşbəxtlikdən futbolçu ciddi zədə almayıb. Hətta mübarizəni davam etdirən Anderson Lopes daha iki dəfə fərqlənərək, pokerə imza atıb.

Qeyd edək ki, oyun "Sapporo"nun 5:2 hesablı qələbəsi ilə nəticələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest