22 May 2025, 00:33
FUTBOL
"Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatının 33-cü turunda evdə "Əl-Xəlic" ilə üz-üzə gəlib.
Matc.az xəbər verir ki, qarşılaşma 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
65-ci dəqiqədə Kriştiano Ronaldo penaltidən yararlana bilməyib. Hesbı 75-ci dəqiqədə Con Duran açıb. Ronaldo isə 90+7-ci dəqiqədə 11 metrlik cərimə zərbəsini qola çevirə bilib.
Qeyd edək ki, bu oyundan sonra "Əl-Nəsr" 67 xalla Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində dördüncü pilləsində qərarlaşıb. "Əl-Xəlic" isə 37 xalla 10-cu yerdədir.