Futzal üzrə Azərbaycan millisi Dç-2024-ün əsas mərhələsində bu gün sonuncu oyununu keçirib. Matc.az xəbər verir ki, Joze Alesio Da Silvanın baş məşqçi olduğu komanda Polşanın qonağı olub.

Bu oyuna qədər 9 xalı olan Azərbaycan yığması elit-raunda vəsiqəni ötən tur təmin etmişdi. Bu qarşılaşma qrup liderliyi baxımından əhəmiyyət daşıyırdı. Komandamıza liderliyini qorumaq üçün hətta heç-heçə və minimal hesablı məğlubiyyət də kifayət edirdi. Amma təəssüf ki, böyük hesabla uduzan komandamız liderliyi əldən verib və elit-raunda qrup ikincisi kimi yüksəlib.

Dç-2024-ün əsas mərhələsi
6-cı qrup
7 mart

Polşa – Azərbaycan 7:2
Qollar: Mikolay Zastavnik, 3:48; 27:05; 27:35; 30:05; 32:44. Yakub Raszkovski, 3:54. Tomaz Kriezel, 31:57 - İsa Atayev, 23:09. Amadeu, 28:00.
Hakimlər: Yaqnar Yakobson (Estoniya), İnqus Purins (Latviya), Qriqori Oşomkov (Estoniya).
Koşalin idman zalı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest