AFFA 2022-ci ildə infrastruktur xərclərinə 3 milyon 248 min 814 manat ayırıb. Matc.az xəbər verir ki, bu barədə qurumun Hesabat Konfransında bildirilib.
 
Bu, stadionların, Futbol Akademiyasının, Milli Komandaların Məşq Mərkəzinin saxlanılmasına xərclənən vəsaitdi.
 
2022-ci ildə "Dalğa Arena"ya 823 min 613 manat, Bayıl stadionuna 413 min 988 manat, Milli Komandaların Məşq Mərkəzinə 231 min 992 manat, təhsil və reabilitasiya mərkəzinə 214 min 618 manat, Binə stadionuna 94 min 194 manat, Ağsu şəhər stadionuna 100 min 500 manat, "Bakcell Arena"ya 164 min 653 manat, Şamaxı şəhər stadionuna 255 min 256 manat xərclənib.
 
Digər stadionlar və məşq meydançaları üçün isə 950 min manat ayrılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest