Misli Premyer Liqasında komandaların sayının artırılması nəzərdə tutulmayıb. Matc.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev mətbuat konfransında deyib.

Misli Premyer Liqasında komandaların sayının artırılması nəzərdə tutulmayıb. Matc.az xəbər verir ki, bunu AFFA-nın baş katibi Sərxan Hacıyev mətbuat konfransında deyib.
 
O bildirib ki, yüksək liqada komanda sayının artırılması gündəmdə deyil. Hacıyev mövsümün sonunda bir komandanın Premyer Liqanı tərk edəcəyini, I Diviziondan isə idman prinsipləri qorunaraq bir kollektivin yüksək liqaya cəlb olunacağını söyləyib.
 
Eyni zamanda, 2023/2024 mövsümündən etibarən I Divizionla əvəzedicilərin çempionatı ayrı keçiriləcək. Yəni Premyer Liqa klublarının əvəzedici heyətlərinin çempionatı bərpa edilib. Baş katib növbəti mövsüm I Divizionda 10 komandanın iştirakının planlaşdırıldığını deyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest