Fransa millisinin keçmiş futbolçusu Hatem Ben Arfa məhkəmədə PSJ-yə qalib gəlib. Matc.az xəbər verir ki, o, Liqa 1 klubu tərəfindən "mənəvi təqib"ə məruz qaldığı üçün məhkəməyə müraciət edib.
 
Nəticədə qalib gələn futbolçu 100 min avro təzminat alacaq.
 
Ben Arfa 2016-2018-ci illərdə PSJ-də forma geyinib. Paytaxt təmsilçisinin heyətindən ədalətsizliklə uzaqlaşdırıldığını iddia edən futbolçu, daha sonra klubdan müqavilənin şərtlərinə əməl etmədikləri üçün 7-8 milyon avro təzminat tələb edib.
 
Ben Arfa PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest