AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya milliləri ilə qarşılaşacaq Avstriya yığmasında heyətlə bağlı daha bir problem yaşanıb.

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan və Estoniya milliləri ilə qarşılaşacaq Avstriya yığmasında heyətlə bağlı daha bir problem yaşanıb. Matc.az saytının məlumatına görə, qapıçı Aleksander Şlager səhhətindəki problem ucbatından yığmadan kənarda qalıb.
 
LASK-ın qolkiperi xəstələndiyindən, qarşıdakı matçların hazırlığında iştirak edə bilməyəcək. Onu yığmada Patrik Pentzin əvəzləməsi gözlənilir. "Bayer"in ehtiyat qapıçısı artıq klubun düşərgəsini tərk edərək, milliyə qoşulmağa hazırlaşır.
 
Qeyd edək ki, Avstriya yığması martın 24-də Azərbaycan, 27-də isə Estoniya millisini qəbul edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest