Aç-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də, Linz şəhərindəki "Rayffayzen Arena"da keçiriləcək Avstriya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb:
 
23 mart
Avstriya milli komandası
 
14:45. Mətbuat konfransı
15:30. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Azərbaycan milli komandası
17:30. Mətbuat konfransı
18:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
 
Qeyd edək ki, hər iki məşq və mətbuat konfransı oyunun keçiriləcəyi stadionunda olacaq. Tədbirlərin başlanma saatı yerli vaxtla göstərilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest