Tovuz təmsilçisi yay təlim-məşq toplanışı çərçivəsində Türkiyənin "Fatih Karagümrük" kollektivi ilə qarşılaşacaq.

Yeni mövsümə Türkiyədə hazırlaşan "Turan Tovuz" futbol klubunun yoxlama oyunlarındakı növbəti rəqibi bəlli olub.

Matc.az xəbər verir ki, klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, qərb təmsilçisi yay təlim-məşq toplanışı çərçivəsində Türkiyənin "Fatih Karagümrük" kollektivi ilə qarşılaşacaq. Sözügedən yoxlama matçı 27 iyul tarixində baş tutacaq.

Xatırladaq ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv bundan əvvəl qardaş ölkə toplanışında ilk yoxlama matçına çıxıb. Komanda iyulun 17-də keçirilən həmin görüşdə İranın U-21 milli komandası ilə üz-üzə gəlib və matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.  

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest