21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi başa çatıb. Matç.az saytı xəbər verir ki, 9 qrupun qalibi İtaliya və San-Marinoda keçiriləcək yarışa vəsiqə qazanıb.

Bunlar Azərbaycanla eyni qrupda mübarizə aparan Almaniya, həmçinin Belçika, Xorvatiya, Danimarka, İngiltərə, Fransa, Rumıniya, Serbiya və İspaniyadı.

Meydan sahibi İtaliya və 9 qrup qalibi ilə birlikdə final mərhələsində oynayacaq digər iki komanda pley-offda bəlli olacaq. Qrup ikinciləri arasında 4 ən yaxşı nəticəyə malik Avstriya, Yunanıstan, Polşa və Portuqaliya 2 yer uğrunda vuruşacaq. Millimizin qrupunda 2-ci olan Norveç isə mübarizəni başa vurub.

Qeyd edək ki, pley-offun oyunları noyabrın 12-20-də, final mərhələsi gələn il iyunun 16-30-da baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest