21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi başa çatıb. Matç.az saytı xəbər verir ki, Azərbaycan yığması yarışı adət etdiyi sonuncu pillədə başa vurub.
Son 3 tsikldə bu mövqeni tərk edən yığmamız yenidən autsayder imicini qaytarıb. Əsas milli komandanın gələcəyi sayılan bu autsayderlər nikbin düşünməyə heç bir ümid verməyib.
10 matçda komandanı 3 baş məşqçi meydana çıxarıb. İlk üç görüşdə Yaşar Vahabzadə, sonrakı iki matçda Samir Ələkbərov, tsiklin ikinci yarısında isə Rəşad Sadıqov komandaya rəhbərlik edib.
Məşqçi dəyişiklikləri müsbət nəticə gətirməyib. Əvəzində heyətdə hər dəfə dəyişikliklər olub. Bu üzdən də 3 çalışdırıcı 10 matçda nə az, nə çox – 36 futbolçuya güvənib.
İlk baxışdan bu rəqəm futbolumuzun istedadlar püskürməsi barədə yanlış fikir formalaşdıra bilər. Amma müxtəlif ölkələrdən milliləşən legionerlərin cəlb olunduğu yığma heç də ümid vermir.
Düzdü, U-21-də arıq əsas yığmaya cəlb olunan bir neçə futbolçu olub. Lakin 10 matçda qələbə qazana bilməyən gənclərin böyüklərə nə dərəcədə fayda verəcəyinə müsbət cavab almaq çətindi.
U-21-in 36 futbolçusuna gəlincə isə yalnız Sərtan Taşkin bütün matçlarda şans qazanıb. O, bu görüşləri əvəzolunmadan keçirib.
Qismət Alıyev 9, Bəhlul Mustafazadə ilə Budaq Nəsirov 8 dəfə şans qazanıb. Hərəyə 1 oyuna çıxan 6 futbolçu isə təsadüfi qonaq təsiri bağışlayıb.
6 qol vuran komandamızda hər oyunçu bir top vurub. Bu da o deməkdi ki, hücumçu korluğu çəkən futbolumuzda qol vurmaq bacarığı olan birisi də yetişmir.
Komandanın qapıçılarına gəlincə əvvəl legioner Mustafa özhitay, ardınca isə Kamran İbrahimov "1 nömrə" olub. Onlar hərəsi 5 oyuna çıxsa da, müxtəlif sayda qol buraxıb. Milliləşən futbolçu 19, Kamran 8 qol buraxıb. Amma bunu qrup qalibi Almaniya ilə hər iki görüşdə özhitayın oynaması ilə bağlamaq lazımdı. Bu iki matçda qapımıza 13 top vurulub.
Millimiz AVRO-2019-un 5-ci seçmə qrupunda
31.08.2017. İsrail – Azərbaycan – 3:1
05.09.2017. Azərbaycan – İrlandiya – 1:3
06.10.2017. Almaniya – Azərbaycan – 6:1
09.11.2017. Azərbaycan – Almaniya – 0:7
14.11.2017. Azərbaycan – Kosovo – 0:0
22.03.2018. Kosovo – Azərbaycan – 2:0
27.03.2018. İrlandiya – Azərbaycan – 1:0
06.09.2018. Azərbaycan – İsrail – 1:1
11.09.2018. Azərbaycan – Norveç – 1:3
16.10.2018. Norveç – Azərbaycan – 1:1
Seçmə mərhələdəki futbolçular
futbolçu |
O |
D |
Q |
SV |
QV |
Sertan Taşkın |
10 |
900 |
0 |
1 |
0 |
Qismət Alıyev |
9 |
733 |
0 |
3 |
0 |
Bəhlul Mustafazadə |
8 |
720 |
0 |
1 |
0 |
Budaq Nəsirov |
8 |
545 |
0 |
1 |
0 |
Anton Krivotsyuk |
7 |
627 |
0 |
1 |
1 |
Ozan Can Kokcu |
7 |
346 |
0 |
0 |
0 |
Fəhmin Muradbəyli |
6 |
378 |
1 |
0 |
0 |
Yusif Nəbiyev |
6 |
378 |
0 |
0 |
0 |
Ehtiram Şahverdiyev |
6 |
359 |
0 |
0 |
0 |
Kamran İbrahimov |
5 |
450 |
-8 |
1 |
0 |
Mustafa özhitay |
5 |
450 |
-19 |
0 |
0 |
Serkan Baloğlu |
5 |
450 |
0 |
0 |
0 |
Hacıağa Hacıyev |
5 |
431 |
0 |
1 |
0 |
Əlibəy Məmmədli |
5 |
212 |
0 |
1 |
0 |
Eltun Turabov |
4 |
315 |
0 |
0 |
0 |
Elnur Cəfərov |
4 |
227 |
1 |
1 |
1 |
İlkin Muradov |
4 |
173 |
0 |
0 |
0 |
Mahir Mədətov |
3 |
260 |
1 |
0 |
0 |
Elvin Sərkərov |
3 |
185 |
0 |
0 |
0 |
İlyas Səfərzadə |
3 |
183 |
1 |
0 |
0 |
Barış Ekincier |
3 |
166 |
1 |
0 |
0 |
Renat Dadaşov |
2 |
180 |
1 |
0 |
0 |
Ramil Şeydayev |
2 |
176 |
0 |
1 |
0 |
Xəyal Nəcəfov |
2 |
173 |
0 |
2 |
0 |
Alen Askerov |
2 |
135 |
0 |
1 |
0 |
Onur Albayrak |
2 |
135 |
0 |
0 |
0 |
ömər Buludov |
2 |
89 |
0 |
1 |
0 |
İsmayıl İbrahimli |
2 |
81 |
0 |
0 |
0 |
İlkin Sadıqov |
2 |
70 |
0 |
0 |
1 |
Ziya Əzizov |
2 |
39 |
0 |
0 |
0 |
Vüqar Həsənov |
1 |
67 |
0 |
0 |
0 |
Elgün Uluxanov |
1 |
61 |
0 |
0 |
0 |
Cabir Əmirli |
1 |
57 |
0 |
1 |
0 |
Fərid Nəbiyev |
1 |
55 |
0 |
0 |
0 |
Pərviz Qaraxanov |
1 |
34 |
0 |
0 |
0 |
ülvi İsgəndərov |
1 |
19 |
0 |
0 |
0 |